İran və ABŞ müharibənin başa çatması barədə razılığa gələn kimi, İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün 60 gün vaxt ayıracaqlar.
Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai brifinq zamanı bildirib.
"Müharibənin başa çatması haqqında memorandum üzərində iş yekunlaşan kimi, tərəflərin 60 gün ərzində memorandumun diskussiya tələb edən bir sıra detallarını, eləcə də bir sıra digər mövzuları müzakirə edəcəkləri barədə razılıq əldə olunub. Müzakirə ediləcək mövzulardan biri də atomla bağlı məsələlərdir", — deyə o qeyd edib.
QAZİLER.AZ



