Rubio "Hizbullah"ın çağırışlarını pislədi

Rubio "Hizbullah"ın çağırışlarını pislədi backend

Amerika Birləşmiş Ştatları şiə təşkilatı “Hizbullah” rəhbərliyinin Livan hökumətinə qarşı çıxmaq çağırışlarını pisləyib və Beyrutu demokratik yolla seçilmiş rəhbərliyinə dəstəyini əmin edib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio müvafiq bəyanatla çıxış edib.

"Birləşmiş Ştatlar "Hizbullah"ın Livanın demokratik yolla seçilmiş hökumətini devirmək barədə məsuliyyətsiz çağırışını ən kəskin şəkildə pisləyir. ABŞ ölkə üzərində nəzarəti bərpa etmək və bütün xalq üçün daha yaxşı gələcək qurmaq səylərində Livanın qanuni hökumətini qətiyyətlə dəstəkləyir", — deyə Dövlət Departamentinin saytında yerləşdirilən Rubionun bəyanatında qeyd olunub.

Dövlət katibi "Hizbullah"ı Livanın reinteqrasiyası prosesinə mane olmaqda və İsrailə qarşı gərginliyi artırmaqda ittiham edib, həmçinin hərəkatı təmkinli olmağa çağırıb.

QAZİLER.AZ