İranın ali rəhbəri Müctəba Xameneinin naməlum bir yerdə gizləndiyi, xarici aləmlə əlaqəsinin məhdudlaşdırıldığı bildirilir.
Qaziler.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ kəşfiyyatının məlumatlarına istinadən xəbər yayıb.
Qeyd olunur ki, ali rəhbərlə əlaqə yalnız kuryerlər vasitəsilə mümkündür.
Telekanalın müəllifləri vurğulayırlar ki, İran rəsmiləri öz hökumət sistemləri daxilində kommunikasiya qurmaqda çətinlik çəkirlər.
Bununla belə, Ağ Evin nümayəndəsi Xameneinin olduğu yer və İranın rabitə üsulları barədə kəşfiyyat məlumatlarını şərh etməkdən imtina edib.
Mayın 10-da "The Wall Street Journal" qəzeti yazıb ki, İranın ali rəhbəri Müctəba Xameneinin ictimaiyyət arasında görünməməsi ABŞ ilə danışıqlarda gərginlik yaradıb, onun səssizliyi Tehranda ixtilaflara rəvac verib.
QAZİLER.AZ



