Məktəblərdəki uzun yay tətilləri Rusiyanın imtina edilməz bir ənənəsidir.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “RİA Novosti”yə müsahibəsində bildirib.
Siyasətçi diqqətə çatdırıb ki, tətillər uşaqlardan daha çox müəllimlərə lazımdır, çünki güclərini bərpa etmək və yeni tədris ilinə hazırlaşmaq onların həyati tələbatıdır.
Medvedev hesab edir ki, yay tətili zamanı uşaqlar valideynləri ilə birlikdə tam istirahətə çəkilməlidirlər. Onun sözlərinə görə, uşaqların asudə vaxtını rəngarəng, öyrədici və fəal etmək vacibdir. O, bunun üçün hər bir regionda xüsusi proqramların mövcud olduğunu qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Vətəndaş Palatasının katibinin müavini Vladislav Qrib rusiyalı məktəblilər üçün tədris ilinin iki həftə uzadılmasını təklif etmişdi. O, iyun ayının ilk iki həftəsində qiymətlər üçün deyil, il ərzində kifayət qədər vaxt olmayan yaradıcı fəaliyyətlər üçün "beşinci rüb"ün yaradılmasını irəli sürmüşdü.
QAZİLER.AZ



