Hörmüz məsələsini region ölkələri həll edəcək - Bəqai

Hörmüz məsələsini region ölkələri həll edəcək - Bəqai backend

"Hörmüz boğazının idarə edilməsi məsələləri İran və ABŞ arasındakı anlaşma memorandumuna daxil edilməyib, bu məsələləri region ölkələri həll edəcək".

Qaziler.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai brifinq zamanı bildirib.

"Biz sazişin detallarını müzakirə etmirik. Boğazın necə idarə olunacağı məsələsi sahilyanı ölkələr tərəfindən həll edilir", — deyə diplomat qeyd edib.

Mayın 24-də “Axios” nəşri ABŞ və İranın atəşkəsin 60 gün uzadılması ilə bağlı memorandum imzalamağa yaxın olduqlarını bildirib. Saziş Hörmüz boğazının açılmasını, İran İslam Respublikasının sərbəst neft satmasına icazə verilməsini və nüvə proqramını məhdudlaşdırmaq üçün danışıqları nəzərdə tutub.

QAZİLER.AZ