Rəsmi Vaşinqton və Tehran Hörmüz boğazının açılmasını nəzərdə tutan sazişlə bağlı prinsipial razılığa gəliblər.
Qaziler.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bununla belə, qəzetin məlumatına görə, boğazdan tam gəmiçiliyin bərpası və neftin dünyada qiymətlərinin mümkün enişi üçün vaxt hələ də məlum deyil.
Bundan əlavə, NYT qeyd edib ki, yekun razılaşma əldə olunsa, İranın su yolu üzərində nəzarəti hansı formatda həyata keçirəcəyi məlum deyil.
Daha əvvəl "Fox News" İranın prinsipial olaraq çərçivə sazişi ilə razılaşdığını və tərəflərin onun təxminən 95 %-ni tamamladığını bildirib.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp tərəflərə razılaşmanı yekunlaşdırmaq üçün əlavə beş-yeddi gün vaxt verə bilər.
Report.az



