Kerri və Lavrovun görüşündə Nemtsovun qətli müzakirə olunacaq

Kerri və Lavrovun görüşündə Nemtsovun qətli müzakirə olunacaq backend

ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Cenevrədə keçiriləcək görüşündə Boris Nemtsovun qətli müzakirə olunacaq.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, C. Kerri Cenevrəyə yola düşərkən bildirib ki, qətlin açıq, hərtərəfli və dəqiq araşdırılması vacibdir. O qeyd edib ki, təkcə icraçıları yox, sifarişçiləri və təşkilatçıları da tapmaq zəruridir: “Amerika Nemtsovun öldürülməsindən kədərlənib. Ümid edirik ki, Rusiya hakimiyyət orqanları açıq və etibarlı təhqiqatın aparılmasının vacibliyi barədə dünya ictimaiyyətinin rəyinə qatılacaq”.
Diaspora