Müharibə yenidən başlasa, nəticələri daha acı olacaq - Qalibaf

Müharibə yenidən başlasa, nəticələri daha acı olacaq - Qalibaf backend

"Tehran güzəştə getməyəcək".

Qaziler.az xəbər verir ki, “Tasnim”in xəbərinə görə, bu barədə İran parlamentinin sədri, İranın ABŞ-la danışıqlar üzrə rəhbəri Məhəmməd Baqer Qalibaf Tehranda Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə danışıqlar zamanı bildirib.

O, “İran xalqının və ölkəsinin hüquqları məsələsində güzəştə getməyəcəklərini” deyib.

Qalibaf İran ordusunun atəşkəs dövründə potensialını bərpa etdiyini və əgər müharibə yenidən başlasa, nəticələrinin “daha sarsıdıcı və acı” olacağını iddia edib.