Mexiko şəhərinə gedən sərnişin təyyarəsini ildırım vurub.
"Viva Airlines" aviaşirkətinə məxsus təyyarəsinin qanadına ildırım dəyib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisə Meksikada Puerto-Eskondidodan Mexiko şəhərinə gedən daxili uçuş zamanı baş verib.
Təyyarə paytaxta yaxınlaşarkən ildırım düşüb. Bu, qanadda tüstü əmələ gəlməsinə və sərnişinlərin təlaşına səbəb olub.
Aviaşirkətin məlumatına görə, heç kim xəsarət almayıb.
"Təyyarə heç bir anda təhlükədə olmayıb. O, heç bir problem olmadan təyinat yerinə çatdı", - məlumatda deyilir.
QAZİLER.AZ



