Üç Avropa ölkəsi Ukraynaya dəstəyi gücləndirəcək

Üç Avropa ölkəsi Ukraynaya dəstəyi gücləndirəcək backend

"Avroüçlük" (Böyük Britaniya, Fransa və Almaniya) yaxın gələcəkdə Ukraynaya dəstəyini gücləndirmək qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunur ki, 22 may tarixində Böyük Britaniyanın Baş naziri Ker Starmer, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna lideri Vladimir Zelenski arasında onlayn görüş keçirilib.

"Liderlər Ukrayna xalqının gücünə və cəsarətinə hörmətlə yanaşırlar və qarşıdakı aylarda dəstəyi ikiqat artıracaqlarını təsdiqlədilər", - bəyanatda deyilir.

QAZİLER.AZ