Qrenlandiyalılar ABŞ-ın yeni konsulluğunun qarşısında etiraz aksiyası keçiriblər

Qrenlandiyalılar ABŞ-ın yeni konsulluğunun qarşısında etiraz aksiyası keçiriblər backend

Nuukda yeni ABŞ konsulluğunun açılışından sonra 500-dən çox qrenlandiyalı ABŞ prezidenti Donald Trampın geniş Arktika adasına nəzarət etmək istəyinə qarşı nümayiş keçirib.

Qaziler.az bildirir ki, bu barədə AFP xəbər verir.

Ada ölkəsinin paytaxtında hadisə yerinə baş çəkən AFP jurnalistinin verdiyi məlumata görə, izdiham əllərində "Evə qayıt, ABŞ", "Qoy Amerika getsin!" və "Biz satılmırıq" yazılı plakatlar tutub və bir çoxları qırmızı-ağ Qrenlandiya bayrağını dalğalandırıblar.

Nümayişçilər konsulluq binasına arxa çevirib və iki dəqiqəlik sükutla ABŞ-dan narazılıqlarını nümayiş etdirdilər.

Paytaxt Nuukun mərkəzindəki yeni binanın rəsmi açılışı bir qədər əvvəl ABŞ-ın Danimarkadakı səfiri Kennet Houerinin iştirakı ilə baş tutub.

QAZİLER.AZ