Ərdoğan İstanbul Bilgi Universitetini bağladı

Ərdoğan İstanbul Bilgi Universitetini  bağladı backend

Türkiyədə "Can Holding"in tərkibinə daxil olan İstanbul Bilgi Universiteti (İstanbul Bilgi Üniversitesi) bağlanıb.

Qaziler.az xəbər verir ki, bu məlumatı "Hürriyet" qəzeti rəsmi sənədlərə istinadən dərc edib.

Qeyd olunub ki, ali təhsil müəssisəsinin fəaliyyət lisenziyasının ləğv edilməsi barədə qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Mövcud məlumata görə, universitet təxminən 210 000 kv.m sahəni əhatə edir. Hazırda universitetdə 20 000-dən çox tələbə təhsil alır, onun məzunlarının sayı 70 000-dən, müəllimlərinin sayı isə 1 000-dən çoxdur. Bundan əlavə, təhsil müəssisəsinin tərkibinə 8 fakültə, 3 institut, 3 peşə ali məktəbi və tələbələrə subbakalavr, bakalavr və magistratura səviyyələrində təhsil verən 150-dən çox proqram daxildir.

"Milliyet" nəşri xəbər verir ki, "Bilgi"nin tələbələri təhsillərini başa vurmaları üçün rəsmi zamin olan Memar Sinan Gözəl Sənətlər Universitetində təhsillərini davam etdirəcəklər.

Türkiyə qanunlarına görə, universitetin təsis fondunun qəyyumu təyin edilən akkreditə olunmuş təhsil müəssisəsi dövlətə məxsus müəssisə olmalıdır.

QAZİLER.AZ