Son sutka ərzində İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə ən azı 25 kommersiya gəmisi Hörmüz boğazından keçib. Onların arasında tankerlər və konteyner gəmiləri olub.
Qaziler.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son sutka ərzində neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri də daxil olmaqla 35 gəmi, icazə aldıqdan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin koordinasiyası və təhlükəsizliyi təmin etməsi ilə Hörmüz boğazından keçib”, — deyə SEPAH-dan dəqiqləşdirilib.
QAZİLER.AZ



