SEPAH-dan ABŞ-yə mesaj: “Zaman sizin tərəfinizdə deyil”

SEPAH-dan ABŞ-yə mesaj:  “Zaman sizin tərəfinizdə deyil” backend

SEPAH-ın Kəşfiyyat Təşkilatı “X” hesabında paylaşdığı mesajda ABŞ-yə sərt xəbərdarlıq edib.

Qaziler.az bu barədə “Azad İran” teleqram kanalında istinadla xəbər verir.

Paylaşımda ötən ilin 13 iyun və bu ilin 28 fevral tarixlərində həyata keçirilən nəticəsiz hücumlara, eləcə də 13 apreldə “mühasirənin dağılması” kimi xarakterizə edilən hadisələrə istinad olunub.

Mesajda bildirilib ki, bu hadisələrdən sonra Ağ Evin İran rejiminə qarşı “asan və sürətli əməliyyatlar” barədə hesablamalarının yanlış olduğu ortaya çıxıb.

“Zamanın keçməsi bizim xeyrimizə deyil və çətin vəziyyətdən qaçmaq üçün İranın təşəbbüsünü və təhdidini ciddi qəbul edin”, - deyə, paylaşımda vurğulanıb.

QAZİLER.AZ