Birləşmiş Millətlər Təşkilatı Konqo Demokratik Respublikasında Ebola epidemiyasının qarşısını almaq üçün təxminən 60 milyon dollar vəsait ayırıb, həmçinin əraziyə əlavə humanitar və tibbi yardım qrupları göndərir.
Qaziler.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer tədbirlərin təxirəsalınmazlığını vurğulayaraq bildirib ki, əsas məqsəd epidemiyanın yayılmasını qabaqlamaqdır. O qeyd edib ki, işlər silahlı münaqişələr və əhalinin yüksək dərəcədə hərəkətliliyi də daxil olmaqla son dərəcə çətin şəraitdə aparılır. Bu da vəziyyətə nəzarət etməyi çətinləşdirir.
QAZİLER.AZ



