Aİ İrana qarşı yeni sanksiyalar hazırlayır

Aİ İrana qarşı yeni sanksiyalar hazırlayır backend

Avropa İttifaqı Hörmüz boğazının bloklanması ilə bağlı İrana qarşı yeni sanksiyalar rejimi hazırlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında deyilir.

“Aİ Şurası bu gün İrana qarşı ilkin olaraq [2023-cü ildə] Rusiyaya iddia edilən hərbi dəstəyə görə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin miqyasını genişləndirmək qərarına gəlib. Yeni, genişləndirilmiş sanksiyalar mexanizmi, həmçinin İranın Yaxın Şərqdə naviqasiya azadlığını təhdid edən hərəkətləri ilə əlaqəli şəxsləri və qurumları da hədəf alacaq", - sənəddə qeyd olunur.

Aİ Şurasının iddiasına görə, İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq qanunvericiliyə ziddir.

Yeni rejim çərçivəsində hələlik heç bir konkret tədbir tətbiq edilməyib, bu, daha sonra baş verəcək. Sanksiyalara ənənəvi olaraq Aİ-yə giriş qadağası və aktivlərin dondurulması daxil ediləcək.

QAZİLER.AZ