İran və Oman Hörmüzdən keçid üçün rüsum sistemi hazırlayır

İran və Oman Hörmüzdən keçid üçün rüsum sistemi hazırlayır backend

İran strateji baxımdan mühüm rayonda gəmiçilik üzərində nəzarəti rəsmən möhkəmləndirmək üçün Omanla gəmilərin Hörmüz boğazından keçidinə görə daimi rüsumlar sisteminin yaradılması imkanlarını müzakirə edir.

Qaziler.az xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Məhəmməd Amin-Necad "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, hər iki ölkə təhlükəsizliyin təmin edilməsi və naviqasiyanın ən uyğun şəkildə idarə olunması üçün mövcud olan bütün resursları səfərbər etmək niyyətindədir.

Hazırlanan sistemin təfərrüatları, o cümlədən rüsumların həcmi və onların tutulma mexanizmləri hələlik açıqlanmır.

Hörmüz boğazı dünyada qlobal neft tədarükünün təxminən 20%-nin keçdiyi ən mühüm dəniz dəhlizlərindən biridir. Bu sahədə gəmiçilik qaydalarında hər hansı bir dəyişiklik qlobal enerji bazarı üçün ciddi nəticələrə səbəb ola bilər.

QAZİLER.AZ