Polşa 5 min ABŞ hərbi qulluqçusunun və onların ailələrinin yerləşdirilməsi üçün bütün xərcləri öz üzərinə götürərək hərbi şəhərcik tikməyi planlaşdırır.
Qaziler.az “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirliyinin müavini Pavel Zalevski bildirib.
O, Varşavanın Pentaqona ABŞ hərbçilərini daimi əsasda yerləşdirməyi təklif etdiyini qeyd edib.
Zalevski vurğulayıb ki, onun ölkəsi tikinti xərclərini tamamilə qarşılayacaq və Polşa buna hazırdır. Bununla belə, o, obyektin məhz harada tikiləcəyini, həmçinin bu irimiqyaslı layihənin icra müddətini və dəyərini dəqiqləşdirməyib.
QAZİLER.AZ



