Rumıniya nazirliyin binasında yeddi işçini daşıyan lift kabinəsi düşüb

Rumıniya nazirliyin binasında yeddi işçini daşıyan lift kabinəsi düşüb backend

Rumıniya Nəqliyyat Nazirliyinin binasında nazirliyin yeddi əməkdaşını daşıyan lift kabinəsi qırılıb.

Qaziler.az bildirir ki, bu barədə 21 may tarixində "Romania Insider" məlumat verib.

Yanğınsöndürənlər və xilasetmə qrupları dərhal hadisə yerinə gəliblər.

Qeyd olunur ki, beş əməkdaşa tibbi yardım lazım olub.

Yaralılar arasında sağ ayaqlarında sınıqları olan 38 yaşlı kişi və 42 yaşlı qadın, eləcə də sol ayağında ağrıdan şikayət edən 46 yaşlı qadın var olub. 53 yaşlı digər sərnişin ayaq ağrısından, 33 yaşlı qadın isə sağ topuğunda ağrıdan şikayətləndi.

QAZİLER.AZ