Əfqanıstan hakimiyyəti minimal evlilik yaşının ləğvi ilə bağlı məlumatları təkzib edib.
Qaziler.az-ın məlumatına görə, Əfqanıstanın ali liderinin mətbuat katibi Zəbiulla Mücahid "Ariana News"a bildirib ki, Əfqanıstanda evlilik üçün minimal yaş həddinin ləğvi ilə bağlı bir neçə media xəbəri həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, İslam qanunlarına qarşı çıxanların tənqidi yeni deyil və diqqətə layiq deyil.
"Əfqanıstan İslam Əmirliyinin Ali Lideri Heybətullah Axundzadə ayrıca bir fərman imzalayaraq qızın razılığı olmadan evlənməsinin qadağan olduğunu bildirib. İslam qanunlarına qarşı çıxanların tənqidi yeni deyil və buna heç bir əhəmiyyət verilməməlidir", . Zəbiulla Mücahid deyib.
QAZİLER.AZ



