Hindistanda "Tarakanlar Partiyası" hakim partiyanı geridə qoyub

Hindistanda "Tarakanlar Partiyası" hakim partiyanı geridə qoyub backend

Hindistanın Xalq Tarakan Partiyası, İnstaqramda 18 milyondan çox izləyici toplayaraq, hakim partiyanı geridə qoyaraq, ölkədə ən populyar partiyaya çevrilib.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Səhifə 15 milyondan çox izləyici toplayıb və bu, Baş nazir Narendra Modinin hakim "Bharatiya Canata" Partiyasını (BJP) xeyli üstələyib. Partiyanın platformada 8,8 milyon izləyicisi var", - məqalədə deyilir.

Hərəkat Hindistanda Ali Məhkəmənin sədri işsiz gəncləri "internetdə oturub hər kəsə hücum edən tarakanlar"la müqayisə etdikdən sonra yaradılıb. Partiyanın X sosial media platformasındakı hesabı tezliklə Hindistanda bloklanıb.

QAZİLER.AZ