ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Kuba ilə münasibətləri diplomatik yolla həll etməyə üstünlük verir, lakin belə bir ssenarinin baş vermə ehtimalı hazırda aşağı olaraq qalır.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, o, bu açıqlamanı 21 may tarixində keçirilən brifinqdə verib.
Rubionun sözlərinə görə, Tramp administrasiyası danışıqlar yolu ilə həll yoluna üstünlük verməyə davam edir.
"Və bu, Kubaya münasibətdə bizim seçimimiz olaraq qalır. Amma açığı, hazırda kiminlə məşğul olduğumuzu nəzərə alsaq, bunun ehtimalı azdır. Lakin onların yanaşması dəyişərsə, biz hazırıq. Bu vaxt ərzində zəruri hesab etdiyimiz işi davam etdirəcəyik", - deyə o bildirib.
O əlavə edib ki, Kuba hakimiyyəti mövqeyini dəyişərsə, ABŞ dialoqa hazırdır, lakin hələlik Vaşinqton Havanaya təzyiq göstərmək niyyətindədir.
QAZİLER.AZ



