Suriya Türkiyə ilə vizasız rejimi ləğv etdi

Suriya Türkiyə ilə vizasız rejimi ləğv etdi backend

Suriya 2009-ci ildən bəri Türkiyə vətəndaşlarına tətbiq olunan vizasız rejimi ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu qərarın rəsmi Ankaranın 9 dekabrdan etibarən Suriya vətəndaşlarına viza tətbiqi etməyə başlamasına görə verildiyi bildirilib.


Qeyd edək ki, iki ölkə arasında 2009-ci ilin oktyabrında vizasız rejimin tətbiq edilməsinə dair razılaşma əldə olunmuşdu.
Diaspora