Tarakan həşəratı Hindistanda gənclərin simvoluna çevrildi

Tarakan həşəratı Hindistanda gənclərin simvoluna çevrildi backend

Hindistanda Ali Məhkəməsinin hakimi Surya Kantın işsiz gəncləri tarakan və parazitlərlə müqayisə etməsindən sonra ölkədə tarakan həşəratı yeni yaranan "Xalq Tarakan Partiyası" (Cockroach Janta Party) adlı satirik siyasi gənclər birliyinin simvoluna çevrilib.

Qaziler.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Birliyi yaratmaq ideyası Boston Universitetinin tələbəsi Abhidjit Dipkenin ağlına gəlib. Onun sözlərinə görə, partiya ilkin olaraq insanları birləşdirmək üçün bir zarafat kimi düşünülüb. Buna baxmayaraq, hərəkat sürətlə populyarlaşıb. Bir neçə gün ərzində partiyaya üzv olmaq üçün on minlərlə müraciət daxil olub. Hərəkatın “Instagram” hesabı təxminən 10 milyon izləyici toplayaraq hakim "Bharatiya Canata Partiyası"nın rəsmi hesabını geridə qoyduqdan sonra partiya daha da böyük şöhrət qazanıb.

Hərəkatın X platformasındakı 200 min izləyicisi olan hesabı isə hazırda Hindistanda gizlidir. Sosial şəbəkədə birliyi axtarmağa çalışarkən istifadəçilər səhifənin bloklandığı barədə bildiriş görürlər.

Bundan əlavə, partiya onlayn məkanın sərhədlərini aşıb. Belə ki, hərəkatın üzvləri etiraz aksiyalarına tarakan kostyumlarında çıxırlar.

QAZİLER.AZ