Bloger Saule Bazarxan Almatıdakı özəl klinikalardan birində vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.
Saule Bazarxan mayın 15-də 53 yaşında dünyasını dəyişib. Ölümündən qısa müddət əvvəl bloger yerli anesteziya altında liposaksiya (piy çıxartma) əməliyyatı etdirib. Bazarxanın gəlini həkimlərin ölüm xəbərini dərhal ailəyə bildirmədiyini iddia edib.
“Bir saat. Bir saat yarım. İki saat. Üç saat. Suallara cavab vermirdilər. Sadəcə susurdular. Anamızın artıq həyatda olmadığı xəbərini onu müşayiət edən qohuma yalnız saat 18:00 radələrində dedilər”, — deyə gənc qadın bildirib.
Blogerin gəlininin sözlərinə görə, təcili yardım yalnız saat 19:00-da gəlib.
“Üç saat. Üç saat ərzində o, orada, bağlı qapı arxasında tək qalıb. Həkimlər ölüm xəbərini niyə dərhal bildirməyiblər? Biz bilmək istəyirik: onlar bütün bu müddət ərzində nə edirdilər? Anamızı xilas etmək üçün hər hansı bir cəhd göstərildimi? Təcili yardımı niyə dərhal çağırmayıblar?”, — deyə blogerin qohumu bəyan edib.
Bazarxanın ailəsi klinikaya qarşı cinayət işi qaldırıb. Hazırda Almatı polisi araşdırma aparır. İstintaq orqanları tərəfindən Bazarxanın oğlu zərərçəkmiş qismində tanınıb.
QAZİLER.AZ



