ABŞ Fələstinin BMT-dəki diplomatlarını hədələdi

ABŞ Fələstinin BMT-dəki diplomatlarını  hədələdi backend

ABŞ Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsurun Baş Assambleyanın vitse-prezidenti postuna namizədliyini geri götürməsinə nail olmaq üçün fələstinli diplomatların vizalarını ləğv etməklə hədələyir.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, mayın 20-də ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşları teleqram alıblar. Teleqramda Fələstinin məlumatlandırılması tələb olunub və bildirilib ki, Vaşinqtonun fikrincə, Mənsurun BMT Baş Assambleyasının vitse-prezidenti postunu tutmaq niyyəti gərginliyi artırır və ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planını pozmaq riski daşıyır.

"Fələstin nümayəndə heyəti Baş Assambleyanın vitse-prezidenti postuna namizədini geri götürməsə, biz Fələstin Milli Administrasiyasını məsuliyyətə cəlb edəcəyik", - agentlik teleqramdan sitat gətirib.

Qeyd olunur ki, ABŞ Fələstin nümayəndə heyətinin üzvlərinin BMT-dəki vizalarını ləğv edə biləcəyini etiraf edib.

QAZİLER.AZ