İtaliyada yeniyetmə kafedə dondurma yedikdən sonra ölüb

İtaliyada  yeniyetmə kafedə dondurma yedikdən sonra ölüb backend

İtaliyanın Kasoria şəhərində 16 yaşlı Adriano D'Orsi dostları ilə kafedə dondurma yedikdən bir neçə dəqiqə sonra anafilaktik şokdan ölüb.

Qaziler.az bildirir ki, bu barədə Britaniyanın "Mirror" qəzeti məlumat verib.

Faciə eniyetmə axşam gəzintisindən sonra evə gedərkən iki dostu ilə tanış jelateriyada baş verib. Lakin, desertdən bir neçə qaşıq yedikdən sonra onda ağır tənəffüs reaksiyası simptomları yaranıb.

"O, çarəsiz şəkildə dostlarından kömək istədi və onlar Adrianonu atası Mauro D'Orsinin yanına apardılar. Kişi oğluna allergiya əleyhinə dərman vuraraq onun həyatını xilas etməyə çalışdı, lakin bu, təsirsiz oldu", - məqalədə deyilir .

Təcili yardım xidmətləri yeniyetməni həyata qaytara bilməyib. Oğlanın anası jurnalistlərə bildirib ki, oğlu süd zülallarına qarşı şiddətli allergiyası olduğunu bilirdi və qidaya diqqət yetirir, etiketləri oxuyurdu. Kafe işçiləri də onun şiddətli laktoza qarşı dözümsüzlüyündən xəbərdar idilər və ona bu tərkib hissəsi olmayan şirniyyatlar təklif edirdilər.

QAZİLER.AZ