Kuba prezidenti Kastroya qarşı irəli sürülən ittihamların hüquqi əsasının olmamasını qeyd etdi

Kuba prezidenti Kastroya qarşı irəli sürülən ittihamların hüquqi əsasının olmamasını qeyd etdi backend

ABŞ-ın keçmiş Kuba lideri Raul Kastroya qarşı irəli sürdüyü ittihamların heç bir hüquqi əsası yoxdur və onların yeganə məqsədi adaya qarşı təcavüzü haqlı çıxarmaqdır.

Qaziler.az  "izvestiya"ya istinadən Kuba lideri Migel Dias-Kanel bunu 20 mayda bildirib.

"Bu, heç bir hüquqi əsası olmayan siyasi hərəkətdir. Onun məqsədi sadəcə Kubaya qarşı ehtiyatsız hərbi təcavüzlərini haqlı çıxarmaq üçün uydurduqları dosyeni doldurmaqdır", - deyə prezident X sosial media platformasında (əvvəllər Twitter) yazıb.

Diaz-Kanel həmçinin ABŞ-ın Kubaya hərbi müdaxilə etmək qərarına gələcəyi təqdirdə, bunun "təxmin edilməsi mümkün olmayan nəticələrə səbəb olan qanlı bir hadisəyə" səbəb olacağını da irəli sürüb, Gazeta.Ru əlavə edib.

QAZİLER.AZ