Avropa ölkəsi bunkerlərin olmadığını bildirib

Avropa ölkəsi bunkerlərin olmadığını bildirib backend

Almaniya əhali üçün işlək olan sığınacaqların olmadığını açıqladı.

Qaziler.az bildirir ki, "Bild" qəzeti sığınacaqların çatışmazlığı barədə məlumat verir.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt mülki müdafiə planını təqdim edib. Onun əsas məqamı odur ki, təcili vəziyyətdə NINA mobil tətbiqi sakinləri sığınacaqlara, metro stansiyalarına və yeraltı dayanacaqlara yönəldəcək və orada sığınacaq axtara biləcəkləri yerləri göstərəcək.

Lakin, lazımi sığınacaq planı bir ildən çoxdur ki, dayandırılıb. Almaniya Şəhərlər və Bələdiyyələr Assosiasiyasının rəhbəri Andre Berqhegger, dövlət qurumlarının bu məsələni həll etmək üçün səylərini əlaqələndirə bilməməsi səbəbindən ölkədəki vəziyyəti kritik hesab edir.

QAZİLER.AZ