Estoniya üzərində vurulan dron Ukraynanın olub - NATO

Estoniya üzərində vurulan dron Ukraynanın olub - NATO backend

NATO-nun Baş katibi Mark Rütte alyansın xarici işlər nazirlərinin İsveçdə keçiriləcək iclasından əvvəl təşkil olunan mətbuat konfransı zamanı ötən gün Estoniya ərazisində vurulan pilotsuz uçuş aparatının (PUA) Ukraynaya məxsus olduğunu etiraf edib. O

Qaziler.az xəbər verir ki, oun sözlərini "RİA Novosti" sitat gətirib.

"Bu, Ukrayna dronu idi", — deyə o bildirib.

Mayın 20-də ERR teleradioşirkəti Estoniyanın müdafiə naziri Hanno Pevkura istinadən məlumat verib ki, Tallin Estoniya səmasında Ukrayna dronunun məhv edilməsindən sonra Kiyevə bildirib ki, PUA-ların NATO-ya üzv ölkələrin hava məkanına daxil olmasının qarşısının alınması son dərəcə vacibdir.

Qeyd edək ki, mayın 19-da Estoniyada ilk dəfə olaraq Ukrayna ərazisindən uçan pilotsuz uçuş aparatı vurulub. Dron Rumıniyaya məxsus “F-16” qırıcısının heyəti tərəfindən məhv edilib.

QAZİLER.AZ