Böyük Britaniya Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) dəniz daşımaları xidmətlərinə qadağa tətbiq edib.
Qaziler.az xəbər verir ki, "İzvestiya" qəzetinin yazdığına görə, bunu Britaniyanın Baş naziri Kir Starmer parlamentdəki çıxışı zamanı bəyan edib.
"Bu, mövcud sanksiyaların hüdudlarından xeyli kənara çıxan yeni, güclü sanksiyalar paketidir", — deyə o bildirib.
Starmer əlavə edib ki, yeni sanksiyalar paketinə Rusiyadan neft məhsullarının tədarükünə qoyulan qadağalar da daxildir.
Mayın 20-də Britaniya Rusiya uranının idxalına da qadağa qoyub. Məhdudiyyətlər həm birbaşa, həm də dolayısı ilə Rusiya uranının alınmasını, tədarükünü və çatdırılmasını əhatə edir.
Bundan başqa, yeni tədbirlər malın idxalı ilə bağlı əməliyyatlara texniki yardım, maliyyə və broker xidmətlərinin göstərilməsini də qadağan edir.
QAZİLER.AZ



