Madyar və Zelenski arasında görüş planlaşdırılır

Madyar və Zelenski arasında görüş planlaşdırılır backend

Macarıstanın Baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə iyunda görüş keçirməyi planlaşdırdığını bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşr Madyarın sözlərinə istinadən bildirir ki, müvafiq görüş Ukraynanın qərbində baş tuta bilər.

Macarıstanın Baş naziri Ukraynada yaşayan Zakarpatya macarlarının hüquqlarının bərpası ilə bağlı danışıqların uğurlu keçəcəyinə ümid etdiyini vurğulayıb.

O, yenidən xatırladıb ki, bu, Budapeştin Kiyevin avrointeqrasiyasına razılıq verməsi üçün zəruri şərtdir.

QAZİLER.AZ