Rusiya Federasiyası və Çin Xalq Respublikası ABŞ və onun müttəfiqləri tərəfindən Arktikanın hərbiləşdirilməsindən narahatdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə iki ölkənin liderləri Vladimir Putin və Cinpin arasında aparılan danışıqların yekunlarına dair birgə bəyanatda deyilir.
Qeyd olunub ki, Pekin və Moskva regionda beynəlxalq hüquq normalarına sadiqliklərini, Arktika dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini təsdiqləyirlər.
Sənəddə həmçinin bildirilib ki, Rusiya və Çin Arktikanın sülh, sabitlik və aşağı hərbi-siyasi gərginlik ərazisi kimi qorunub saxlanmasında maraqlıdırlar. Habelə regionda, o cümlədən Arktika Şurası xətti ilə konstruktiv dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında iştirak etmək istəyirlər.
QAZİLER.AZ



