Ağ Evin bal zalının altında altı mərtəbəli bunker tikilir.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
"Bal zalının bütün damı hərbi məqsədlər üçün tikilib. O, pilotsuz uçuş aparatları (PUA) üçün böyük tutuma malikdir. Dam təkcə dron zərbələrindən qorunmayıb - əgər dron ona çırpılarsa, heç bir ziyan vurmadan geri sıçrayacaq. O, həmçinin bütün Vaşinqtonu qoruyacaq dronlar üçün bir liman kimi nəzərdə tutulub", - Tramp deyib.
Onun sözlərinə görə, yuxarıda yerləşən bal zalının binası yeraltı hissə üçün qoruyucu funksiya yerinə yetirəcək.
Tramp əlavə edib ki, binanın şüşələri təxminən 10 santimetr qalınlığında və gülləkeçirməz olacaq. Bunker sığınacaqları, hərbi hospitalı və hərbçilər üçün xüsusi otaqları da özündə birləşdirəcək. Tikinti özəl ianələr hesabına aparılır və qrafikə uyğun davam edir. Prezident bu layihəni özünün Amerika Birləşmiş Ştatlarına hədiyyəsi adlandırıb.
QAZİLER.AZ



