Putin Si Cinpin ilə danışıqları məhsuldar adlandırdı

Putin Si Cinpin ilə danışıqları məhsuldar adlandırdı backend

Rusiya və Çin tərəfdaşlığın inkişafı üçün yeni irimiqyaslı hədəflər müəyyən ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşündə bildirib.

Rusiya lideri Si Cinpin ilə danışıqları məhsuldar və faydalı adlandırıb.

"Sədr Si Cinpin ilə bugünkü danışıqlarımız olduqca məhsuldar və faydalı keçdi. Müqavilələrin böyük bir paketi, o cümlədən mübaliğəsiz demək olar ki, bütün vacib sahələrdə bizim ümumi yanaşmalarımızı və iş istiqamətlərimizi əks etdirən dövlət başçılarının bəyanatı imzalanıb", — deyə o qeyd edib.

QAZİLER.AZ