Moskva və Vaşinqton hələlik Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş barədə danışıqlar aparmır.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Birinci Kanal"ın efirində bildirib.
"Yüksək səviyyəli görüşlərə gəlincə, hələlik bu barədə danışıq getmir", — deyə o qeyd edib.
Uşakov Çində keçiriləcək APİK (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) sammiti çərçivəsində Putin və Trampın görüşünün mümkün olduğunu, lakin hələlik razılaşdırılmadığını deyib.
Eyni zamanda, Uşakov Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerin yaxın həftələrdə Moskvanı ziyarət edəcəyini təsdiqləyib. Səfərin dəqiq tarixləri hələlik məlum deyil.
QAZİLER.AZ



