Alyans Rusiyanın nüvə qüvvələrinin təlimlərini izləyir, lakin onları şərh etmir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte bəyan edib.
"Bu təlimlərə gəlincə, əlbəttə ki, biz bunu izləyirik, nələrin baş verdiyini monitorinq edirik", — deyə Rütte 21-22 may tarixlərində İsveçdə keçiriləcək NATO Xarici İşlər Nazirlərinin görüşündən əvvəl Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya Silahlı Qüvvələri mümkün müharibə şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi üzrə təlim keçirəcək.
Təlim 19-21 may tarixlərində keçiriləcək.
QAZİLER.AZ



