İranla müharibəni tez bitirəcəyik - Tramp

İranla müharibəni tez bitirəcəyik - Tramp backend

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

Qaziler.az xəbər verir ki, o, bu açıqlamanı çərşənbə axşamı Ağ Evdə Amerika qanunvericilərinin qatıldığı tədbirdə verib.

"Biz bu müharibəni çox tez bitirəcəyik. Onlar (İran - red.) həqiqətən razılaşma istəyirlər, onlar yorulublar", - Tramp deyib.

Onun sözlərinə görə, sülh prosesi çox tez başa çatdırıla bilər.

"Bu, baş verəcək və tez bir zamanda baş verəcək", - Amerika lideri əlavə edib.

Tramp həmçinin ABŞ-nin İranın nüvə silahı əldə etməsinə qarşı olduğunu bildirib və vəziyyətin tez və "nəzakətli" şəkildə həllini gözlədiyini vurğulayıb.