NATO: ABŞ hərbçilərinin Avropadan çıxarılması alyansın müdafiəsini zəiflətməyəcək

NATO: ABŞ hərbçilərinin Avropadan çıxarılması alyansın müdafiəsini zəiflətməyəcək backend

ABŞ-ın təxminən 5000 əsgərdən ibarət zirehli briqadanı Avropadan çıxarmaq qərarı alyansın bölgədəki müdafiə planlarına xələl gətirməyəcək.

Qaziler.az bildirir ki, "Reuters" agentliyinin məlumatına görə, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı general Aleksus Qrinkeviç bildirib.

Çərşənbə axşamı Brüsseldə NATO qərargah rəisləri ilə görüşdən sonra çıxış edən Qrinkeviç vurğulayıb ki, Avropa müttəfiqləri və Kanada tədricən Avropanın ənənəvi müdafiəsi üçün daha böyük məsuliyyəti öz üzərinə götürür, ABŞ isə əsas hərbi imkanları təmin etməyə davam edir.

Onun sözlərinə görə, ABŞ-ın NATO-nun təhlükəsizlik strukturundakı rolu tədricən dəyişəcək.

QAZİLER.AZ