Rusiya Prezidenti Vladimir Putin Pekinə rəsmi səfərə gedib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Səfər Rusiya-Çin mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin 25-ci ildönümü fonunda baş tutub.
Əvvəlcədən xəbər verildiyi kimi, tədbir zamanı tərəflər birgə sənədlər imzalayacaqlar. Putin və Si Cinpin həmçinin Rusiya-Çin təhsil əməkdaşlığı sahəsində İllərin kəsişməsi mərasiminin açılışında da iştirak edəcəklər.
QAZİLER.AZ



