Türkiyə şəhərlərində PKK ilə döyüşlər başladı, 60 terrorçu öldürüldü

Türkiyə şəhərlərində PKK ilə döyüşlər başladı, 60 terrorçu öldürüldü backend

Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən irimiqyaslı antiterror əməliyyatı davam edir. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 10 min təhlükəsizlik qüvvəsinin qatıldığı əməliyyat zamanı 60 terrorçu məhv edilib. PKK-lıların 25-i Cizrə və Silopidə, 29-u Surda, 6-sı isə Darkeçitdə öldürülüb. Bundan başqa Cizrədə iki uşaq anası 30 yaşlı Hədiyə Şən mərmi partlaması nəticəsində ölüb.

Bölgədə terroristlərin qazdığı xəndəklər və qurduğu barrikadaların qaldırılması üçün əməliyyatlar davamlı keçirilir. Güclü küçə döyüşləri gedir. Bəzi məhəllələr terrorçulardan təmizlənib, xəndək və barrikadalar aradan qaldırılıb. PKK-nın hədəflərindən biri də əməliyyat zonasında yerləşən xəstəxanalardır. Təcili yardım maşınları oğurlanır, xəstəxanalar atəşə tutulur.

Əməliyyatlar zamanı 10-a qədər təhlükəsizlik nümayəndəsinin yüngül yaralandığı qeyd olunur.
Yerli əhali döyüş gedən bölgədən köçür. Küçəyə çıxmaq qadağası elan olunan qəsəbələrdə qalan insanlara ordu və polis yardım edir.

Qeyd edək ki, 10 minə qədər hərbçi və polisin iştirak etdiyi əməliyyatlar üç gündür davam edir. Əməliyyat iştirakçıları zirehli hərbi texnika, hətta tanklarla təchiz olunub. Hərbi helikopterlər havadan əməliyyatları nəzarətdə saxlayır.