Latviya Prezidenti Eqils Levits bəyan edib ki, ölkənin hava məkanından Rusiya Federasiyasının ərazisinə zərbələr endirmək üçün istifadə edilməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial media hesabında paylaşım edib.
"Latviya heç kimə Rusiya Federasiyasına və ya hər hansı digər dövlətə zərbələr endirmək üçün öz hava məkanından və respublika ərazisindən istifadə etməyə icazə vermir", — deyə siyasətçi paylaşımda yazıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti (XKX) iddia etmişdi ki, Ukrayna Latviya ərazisindən Rusiyaya zərbələr hazırlayır. Qurumun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiyanın arxa cəbhə regionlarına bir sıra yeni terror zərbələri endirmək üçün hazırlıq işləri aparır. Qeyd olunur ki, Ukrayna tərəfi hədəfəçatma vaxtını azaltmaq üçün pilotsuz təyyarələri Baltikyanı dövlətlərin ərazisindən buraxmağı planlaşdırır.
QAZİLER.AZ



