Çinin cənub və mərkəzi hissəsində leysan yağışların səbəb olduğu irimiqyaslı daşqınlar nəticəsində azı 10 nəfər dünyasını dəyişib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Çinin cənubunda və mərkəzində yağan leysan yağışlar irimiqyaslı daşqınlara səbəb olub. Nəticədə azı 10 nəfər həlak olub, məktəblər və müəssisələr bağlanıb, həmçinin nəqliyyat əlaqəsi və elektrik enerjisinin verilməsi kəsilib", — deyə materialda bildirilib.
Çin Meteorologiya Agentliyi məlumat verib ki, təbii fəlakətin əsas zərbəsi Szyansi, Anhoy, Hunan, Hubey, Quansi, eləcə də Quandun və Haynan əyalətlərinin payına düşüb.
Qeyd olunur ki, Quansi rəhbərliyi 4 mindən çox sakin üçün 99 yerdə müvəqqəti sığınacaq təşkil edib və 7 min insanı təxliyə edib.
Növbəti iki gün ərzində əlverişsiz hava şəraiti tədricən Çinin şərqinə və cənubuna doğru dəyişəcək. Mayın 20-dən etibarən ən güclü yağışın Yantszı çayının orta və aşağı axınlarında yağacağı gözlənilir.
QAZİLER.AZ



