Estoniya ilk dəfə Ukrayna PUA-nı vurub

Estoniya ilk dəfə Ukrayna PUA-nı vurub backend

Estoniya ilk dəfə Tartu yaxınlığında Ukraynaya məxsus uzaqmənzilli kamikadze pilotsuz uçuş aparatını (PUA) vurub.

Qaziler.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib. Onun sözlərinə görə, ehtimal olunur ki, sözügedən PUA Rusiya ərazisindəki hədəflərə yönəldilibmiş.

Məlumatda qeyd olunub ki, pilotsuz təyyarə aşkar edilməzdən bir neçə dəqiqə əvvəl Estoniyanın cənubunda hava həyəcanı elan edilib.

Mart ayında "Mash" Telegram kanalı məlumat vermişdi ki, Litva, Latviya və Estoniya Rusiyanın regionlarına, o cümlədən Sankt-Peterburq və Leninqrad vilayətlərinə hücum etmək üçün öz hava məkanını Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinə açıb.

QAZİLER.AZ