Avstraliyada son on ildə ilk dəfə difteriyaya yoluxan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Şimal ərazisində infeksiyanın Qərbi Avstraliya, Kvinslend və Cənubi Avstraliyaya yayıldığı bildirilir.
Qaziler.az xəbər verir ki, “news.com.au” saytının Səhiyyə naziri Mark Butlerə istinadən verdiyi məlumata görə, Şimal ərazidə demək olar ki, bütün yoluxma halları yerli əhali arasında qeydə alınıb.
Epidemiya başlayandan bəri Şimal ərazisində 133 yoluxma halı qeydə alınıb. Qərbi Avstraliyada 79, Cənubi Avstraliyada altı, Kvinslenddə isə beş yoluxma faktı aşkarlanıb.
Batler bildirib ki, rəhbərlik etdiyi nazirlik Şimal ərazisinin rəhbərliyi və aborigenlərin nəzarətində olan təşkilatlarla birlikdə peyvəndləmə səylərini artırır, çünki böyüklər hər beş ildən bir “buster” (gücləndirici) doza almalıdırlar.
Mərkəzi Avstraliya Aborigen Səhiyyə Xidmətinin baş tibb işçisi Con Boffa qeyd edib ki, hər həftə təxminən 15–20 yeni difteriya halı qeydə alınır. Onun sözlərinə görə, regionda ilkin peyvəndləmə səviyyəsi yaxşıdır, lakin bir çox insan təkrar peyvənd olunmur.
QAZİLER.AZ



