Burvatiyanın Pribaykal rayonunda, Baykal gölündə "Xivus" markalı kater çevrilib.
Qaziler.az “orda-info.online” portalına istinadla xəbər verir ki, bu barədə Burvatiya Respublikasının prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, hadisə mayın 19-da "Çerepaxa" adlanan ərazidə, sahildən təxminən 30 metr aralıda baş verib.
İlkin məlumatlara görə, bir nəfər xəstəxanaya yerləşdirilib, dörd nəfər isə suyun altında qalıb. Onların taleyi barədə heç bir məlumat verilmir.
"Nəzarət orqanı hadisənin səbəbləri və şəraitinin araşdırılmasına nəzarət edir, müvafiq tədbirlər görüləcək”, - deyə respublika prokurorluğundan bildirilib.
QAZİLER.AZ



