ÜST narahatdır: "Ebola" sürətlə yayılır

ÜST narahatdır:  "Ebola" sürətlə yayılır backend

Hazırda “Ebola”ya yoluxma şübhəsi olan 500-dən çox hal qeydə alınıb. 

Qaziler.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasının iclasında bəyan edib.

Onun sözlərinə görə, infeksiya səbəbindən 131 nəfər dünyasını dəyişib. Təşkilat virusun yayılma sürəti və miqyasından narahatlığını ifadə edib.

"Hazırda bizə "Ebola"ya 500-dən çox şübhəli yoluxma halı və 130-dan çox şübhəli ölüm faktı məlumdur", — deyə Qebreyesus bildirib.

Qeyd edək ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Konqo Demokratik Respublikasının şərqində "Ebola"dan ölənlərin sayının 88-ə çatdığını bildirmişdi. Onların açıqlamasına görə, ehtimal olunan yoluxma hallarının sayı 336-ya çatıb.

QAZİLER.AZ