Günəşin Yerə baxan tərəfindəki aktiv bölgələr enerji ehtiyatlarını demək olar ki, tamamilə tükəndirib. Bu səbəbdən artıq sabahdan - 20 maydan etibarən partlayışsız, sakitlik dövrünün başlayacağı gözlənilir.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, partlayış aktivliyinin azalması təxminən iki-üç gün davam edəcək.
"Günəşin görünən tərəfində enerji bitir. Görünən odur ki, bu gün bəzi xırda hadisələrin hələ də mümkün olduğu son gündür, sabahdan etibarən isə ölü mövsüm başlayacaq", - alimlər bildiriblər.
Bu tənəzzüldən sonra ulduzun görünən tərəfinə hazırda Günəşin əks tərəfində yerləşən yeni aktiv mərkəzlər çıxmağa başlayacaq.
Alimlər çərşənbə axşamı (19 may) Yerdə kiçik bir maqnit fırtınası ehtimalını da istisna etmirlər, lakin çərşənbə günündən etibarən geomaqnit vəziyyətin tamamilə sabitləşəcəyi gözlənilir.
QAZİLER.AZ



