Macarıstanın Baş naziri Ukraynanın Aİ-yə daxil olması üçün şərt irəli sürdü

Macarıstanın Baş naziri Ukraynanın Aİ-yə daxil olması üçün şərt irəli sürdü backend

Ukrayna Budapeştin Kiyevin Avropa İttifaqına (AB) qəbul prosesini təsdiqləməsi üçün bu ölkədəki macarların yaşayışının bərpası ilə bağlı 11 tələbi yerinə yetirməlidir.

Qaziler.az bildirir ki, RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.

O, bu şərtin mütləq olduğunu vurğulayıb. "Xahiş etdiyimiz 11 bənd Avropadakı bütün azlıqların haqqıdır; biz  çox şey istəmirik", - deyə Madyar bildirib.

Xüsusilə, Macarıstan macarların öz təhsil və mədəniyyət müəssisələrinə sahib olmaq hüququnun təmin edilməsini və Ukraynadakı gələcək dil və təhsil qanunlarının Ukraynadakı macar icması ilə əlaqələndirilməsini tələb edir.

QAZİLER.AZ