Bu gün BMT Türkiyəyə görə toplanır

Bu gün BMT Türkiyəyə görə toplanır backend

BMT Təhlükəsizlik Şurası bu gün rəsmi Bağdadın tələbi ilə toplanacaq. Axar.az xəbər verir ki, görüşdə Türkiyənin İraqdakı hərbi mövcudluğu müzakirə ediləcək.

İraq Xarici İşlər naziri İbrahim Cəfəri 11 dekabrda BMT üzvü olan 15 ölkəyə şikayət məktubu göndərərək Türkiyə tərəfindən ölkəsinin suverenliyinin pozulduğunu bildirmişdi.

Qeyd edək ki, Türkiyə dekabrın 4-də Şimali İraqdakı Beşika düşərgəsinə hərbçilərini göndərib. Rəsmi Bağdadın etirazından sonra isə hərbçilər Türkiyə sərhədinə çəkilib.